Fransa polisindən əlil gəncə qarşı qeyri-insani rəftar - VİDEO
Azvision.az xarici mediaya istinadən xəbər verir ki, Fransanın Bessan ərazisindəki etirazlarda bir qrup polis fiziki qüsurlu şəxsi əlil arabasından yerə ataraq onu təhqir ediblər.
İnternetdə yayılan görüntülərdə Fransa polisinin davranışı fransızlar da daxil olmaqla, hər kəsin ciddi qınağına səbəb olub. Polis bu davranışını guya əlilin cibində silah olmasından şübhələnməsilə əlaqələndirsə də, məlum olur ki, fiziki qüsurlu şəxsin üzərində heç bir silah olmayıb.
Leyla Elbrusqızı
Azvision.az