Dünyada silah satışına görə 3 lider ölkə

Dünyada silah satışına görə 3 lider ölkə
  10 Dekabr 2018    Oxunub:5706
Rusiya silah satışına görə dünya ikinci sıradadır.
AzVision.az xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmalar İnstitutunun hesabatında qeyd olunub.

Bildirilib ki, hazırda Rusiya dünyada silah satışında 9.5 faizlik paya sahibdir. Siyahıda ilk yeri 57 faizlə ABŞ tutur. İngiltərə isə 9 faizlik göstərici ilə üçüncü yerdə qərarlaşıb.

Hesabata əsasən, 2011-ci ildən sonra Rusiya müdafiə sənayesi istehsalçıları müxtəlif moderinizasiya proqramları nəticəsində satışlarını artırıb. Bundan başqa, "S-400" sistemlərinin istehsalçısı Almaz-Antey isə cari ilin ən böyük on silah istehsalçısı siyahısına daxil olub.

Dünyanın 100 ən böyük silah və hərbi məmulatlar istehsalçısının satışı 2017-ci ildə 44 faiz artaraq 398.2 milyard dollara çatıb.

Qeyd edək ki, 1989-cu ildə yaradılan Stokholm Beynəlxalq Sülh Araşdırmalar İnstitutu (SIPRI) dünya hərbi sənayesinin inkişafını, silah bazarındakı vəziyyəti analiz edir. Bu qurum Çin xaric bütün ölkləri, o cümlədən 2002-ci ildən bəri Rusiya şirkətlərini də araşdırır.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Silah  





Xəbər lenti