“Qarabağ münaqişəsinin həlli gündəmə gələ bilər” - Metyu Brayza

“Qarabağ münaqişəsinin həlli gündəmə gələ bilər” -  Metyu Brayza
  10 Dekabr 2018    Oxunub:3946
“Ermənistanda keçirilən seçkidə Nikol Paşinyanın birinci olması ilə ölkənin xarici siyasətində böyük dəyişikliklər gözləmək hələ tezdir”

Azvision.az xəbər verir ki, bunu "Anadolu" agentliyinə müsahibəsində ABŞ-ın Azərbaycandakı sabiq səfiri, Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayza deyib.
Diplomat hesab edir ki, artıq Ermənistanda yeni dönəm başlayır. Onun sözlərinə görə, Paşinyan Ermənistanın xarici siyasətində islahatlara başlaya bilər.

Bu mənada, Metyu Brayza qeyd edib ki, illərdir həllini tapmayan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi gündəmədə gələ bilər.

"Lakin biz bunları təxminən deyə bilərik. Gözləyib nəticələri görəcəyik”, - deyə Brayza vurğulayıb.

Aytən Zəhra
Azvision.az



Teqlər: Brayza  





Xəbər lenti