Azərbaycanda “Euronews”a alternativ kanal

Azərbaycanda “Euronews”a alternativ kanal
  04 Noyabr 2013    Oxunub:1051
Azərbaycanda ilk xəbər formatlı televiziya kanalı fəaliyyətə başlayıb.
Kanalın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Tovuzda yerləşən və noyabrın 1-dən yayıma başlayan `Türkel` TV kanalı 1 saatdan bir olmaqla gün ərzində 17 xəbər buraxılışını tamaşaçılara təqdim edir. Yeni yaradılan kanal əvvəlki `Türkel` TV kanalının bazasında yaradılıb.

Kanalda bundan əlavə siyasi icmallar və müxtəlif rubrikalar nümayiş etdirilir. Televiziyaya uzun müddət xəbər sahəsində çalışmış telejurnalist, siyasi icmalçı Nadir Şəfiyev rəhbərlik edir. Onun sözlərinə görə, perspektivdə efirin gündəlik həcmini 24 saata çatdırmaq planlaşdırılır. Geniş informasiyanın əldə edilməsi və tamaşaçılara təqdim olunması üçün dünyanın tanınmış informasiya agentlikləri ilə müqavilələr imzalanıb, ölkəmizin müxtəlif bölgələrində fəaliyyət göstərən region televiziyaları ilə əməkdaşlıq təşkil olunub. Yaxın gələcəkdə Rusiya, Türkiyə, İran və Gürcüstanda müxbir məntəqələrinin aşılması nəzərdə tutulur. Kadr siyasətinə gəldikdə, telekanal peşəkarlara üstünlük verməklə yanaşı, sırf xəbər formatında ixtisaslanan peşəkar kadrların yetişdirilməsi prosesini də təşkil etmək niyyətindədir. Bunun üçün xüsusi treninglərin təşkil edilməsi planlaşdırılır.

Telekanalın yaxın vaxtlarda peykdə yayımlanması da planlaşdırılır.

Sevinc


Teqlər:  





Xəbər lenti