“Aqni-5” ballistik raketi sınaqdan keçirildi

“Aqni-5” ballistik raketi sınaqdan keçirildi
  10 Dekabr 2018    Oxunub:4248
Hindistan nüvə başlığı daşıya bilən uzaq mənzilli “Aqni-5” ballistik raketinin növbəti uğurlu sınağını keçirib.
Azvision.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyinin rəsmisi Rakşa Mantri tvitter səhifəsində bəyan edib.

“Yerli istehsal olan “Aqni-5” uzaq mənzilli ballistik raketi Orissa sahillərindəki Əbdül Kəlam adasında yerləşən mobil quraşdırma bazasından uğurla havaya buraxılıb” – Mantri yazıb.

“Aqni-5” ballistik raketi 5000-5500 kilometr məsafədə hədəfləri vurmaq qabiliyyətinə malik nüvə başlığı daşıya bilən uzaq mənzilli raketlərdir. Bu dəfəki uçuş raketin cari ildə uğurla nəticələnən sayca üçüncü sınağıdır. Bundan əvvəlki sınaqlar yanvar və iyunda həyata keçirilib. “Aqni-5” ballistik raketləri gələn ildən Hindistan strateji qüvvələri komandanlığının silahlanmasına daxil ediləcək.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Hindistan   “Aqni-5”  





Xəbər lenti