Türkiyə Qara dənizdə hərbi baza tikir

Türkiyə Qara dənizdə hərbi baza tikir
  11 Dekabr 2018    Oxunub:4478
Türkiyənin Müdafə Nazirliyi ölkənin şimal-şərqindəki Trabzon şəhərinin Qara dəniz sahillərində hərbi dəniz bazasının tikintisinə başlayıb.

Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı Müdafə Nazirliyinə istinadən məlumat yayıb. Qeyd olunur ki, hərbi baza Trabzonun Sürmənə şəhərinin Çamburnu limanında qurulacaq.
Türkiyənin sayca 9-cu hərbi dəniz bazası olacaq obyektdə 400 hərbçi və 200 mülki məmurun xidmət keçəcəyi bildirilir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Türkiyə   Qaradəniz  





Xəbər lenti