“Çin ABŞ üçün ən böyük təhdiddir” - Pompeodan etiraf

 “Çin ABŞ üçün ən böyük təhdiddir” -  Pompeodan etiraf
  11 Dekabr 2018    Oxunub:3444
Yaxın 25 ildə Çin ABŞ üçün ən böyük təhdid olacaq.

Azvision.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Mayk Pompeo mətbuata verdiyi açıqlamada deyib. Onun sözlərinə görə, Çin ABŞ daxil olmaqla bütövlükdə Qərb ölkələri üçün Rusiya və İrandan daha çox təhlükəlidir.
“5-25 illik müddətdə təkcə sadə demoqrafiyası və sərvəti sayəsində Çin ABŞ-ın üzləşəcəyi ən böyük problem olacaq. Bəzi hallarda Çin özünü aqressiv apararaq ABŞ hökumətini çaşqınlığa salır. Çin lideri Si Tsinpin prezident Donald Trampa söz verib ki, Pekin Cənubi Çin dənizindəki adaları hərbiləşdirməyəcək, amma əməldə biz orada hərbi tikintilərin davam etdirildiyini görürük. Amerikanın bütün cəbhələrdə hazırlığının qorunmasını təmin etmək məsələsində ABŞ qətiyyətlidir”, - deyə Pompeo vurğulayıb.

Pompeonun bu sözləri məhz Argentinadakı "G20" sammitində Trampla Tsinpinin ABŞ-Çin ticarət mübahisələrinin yoluna qoyulması ilə bağlı razılığa gəlmələrindən sonra səsləndirməsi analitiklərin diqqətini çəkib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: G20   Çin   ABŞ  





Xəbər lenti