İran ballistik raketini sınaqdan keçirdi

İran ballistik raketini sınaqdan keçirdi
  11 Dekabr 2018    Oxunub:2877
İran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi kosmik qüvvələrinin komandanı, general-mayor Əmir Əli Hacızadə İranın bu günlərdə ballistik raket sınağı keçirdiyini bəyan edib.
Azvision.az “Fars News” agentliyinə istinadən xəbər verir ki, Hacızadə sınağı keçirilən raketin növü barədə məlumat verməyib.

“Biz raket sınaqlarımızı davam etdirəcəyik və bu yaxınlardakı sınağımız da olduqca əhəmiyyətli addım idi. Amerikalıların reaksiyası göstərir ki, bu sınaq onlar üçün də çox vacib idi və elə ona görə də bağırırdılar. İran il ərzində 50-dək raket sınağı keçirir və bu sahədə bizim heç bir məhdudiyyətimiz yoxdur”, - deyə Hacızadə vurğulayıb.

Bundan əvvəl ABŞ dövlət katibi Mayk Pompeo bildirmişdi ki, İran nüvə başlığı daşıya bilən orta mənzilli raket sınaqları keçirir və həmin raketlər bütün Yaxın Şərqlə yanaşı, Avropanın bir hissəsini də vurmağa qadirdir. Lakin Tehran iddia edir ki, onun raket proqramı tamamilə müdafiə məqsədlidir və nüvə başlıqları daşıya bilmir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: İran   ABŞ  





Xəbər lenti