“Brexit” üzrə səsvermənin tarixi bəlli oldu

“Brexit” üzrə səsvermənin tarixi bəlli oldu
  11 Dekabr 2018    Oxunub:2836
Böyük Britaniya hökuməti ölkənin Avropa İttifaqından (Aİ) ayrılma prosesinin formatını müəyyənləşdirəcək “Brexit” sazişini 21 yanvaradək yenidən parlament səsverməsinə təqdim edəcək.
Azvision.az “NTV”yə istinadən xəbər verir ki, bu barədə Britaniyanın baş naziri Tereza Meyin sözçüsü jurnalistlərə açıqlamasında deyib. Həmçinin hökumət sabah iclas keçirərək, “Brexit”lə bağlı mümkün ssenariləri, hətta Aİ-dan sazişsiz ayrılmanı da nəzərdən keçirəcək.

Bu gün Londonda Niderlandın baş naziri Mark Rutte ilə görüşən Tereza Mey isə İrlandiya ilə sərhəd məsələsində əlavə zəmanətlər istədiklərini bildirib. Söhbət zamanı bu məsələnin həllinə nail olmaq barədə tərəflər arasında razılıq əldə edilib. “Brexit” sazişini xilas etmək üçün Mey daha sonra Almaniya kansleri Angela Merkel və Aİ Şurasının prezidenti Donald Tuskla da görüşəcək.

Qeyd edək ki, biabırçı məğlubiyyətdən qaçmaq üçün ötən gün təcili hökumət iclası çağıran Tereza Mey "Brexit" sazişi üzrə bu günə təyin olunan parlament səsverməsini təxirə salıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Brexit   Almaniya   Niderland   Britaniya   Avropaİttifaqı  





Xəbər lenti