Ukrayna hərbi xərclərini artırdı

 Ukrayna hərbi xərclərini artırdı
  11 Dekabr 2018    Oxunub:3073
2019-cu ildə Ukrayna Müdafiə Nazirliyinin büdcəsi 18,5% artaraq 102,5 milyard qriven (təqribən 3,6 milyard dollar) təşkil edəcək.
Azvision.az xəbər verir ki, bu barədə “Ukraynanın dövlət büdcəsi haqqında” qanunda yazılıb. Qanun 2019-cu ilin 1 yanvarından qüvvəyə minəcək.

Ukraynanın gələn ilki ümumi müdafiə və təhlükəsizlik xərcləri isə 210 milyard qriven (təqribən 7,5 milyard dollar) təşkil edəcək. Cari ildə Kiyevin müdafiə və təhlükəsizlik xərcləri isə ümumi daxili məhsulun 5 faizi (5,8 milyard dollar) həcmində olub.

Leyla Elbrusqzı
Azvision.az



Teqlər: Ukrayna  





Xəbər lenti