Camal Kaşoqi “İlin adamı” seçildi - FOTOLAR

Camal Kaşoqi “İlin adamı” seçildi -  FOTOLAR
  11 Dekabr 2018    Oxunub:4352
Amerikanın nüfuzlu “Time” jurnalı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda qətlə yetirilən jurnalist Camal Kaşoqini "İlin adamı" seçib.

Azvision.az “CNN”ə istinadən xəbər verir ki, bununla da ilk dəfədir ki, ölmüş şəxs "ilin adamı" olub.
“İlk dəfədir ki, biz artıq həyatda olmayan birini "İlin adamı" seçmişik, amma bu həm də çox nadir haldır ki, bir şəxsin təsiri ölümü ilə hədsiz dərəcədə artır. Onun ölümü Səudiyyənin vəliəhd şahzadəsinin qlobal miqyasda yenidən qiymətləndirilməsinə və Yəməndəki dağıdıcı müharibəyə həqiqətən də gecikmiş nəzərin salınmasına gətirdi” - jurnalın baş redaktoru Edvard Felsental bəyan edib.

“Time” jurnalı həqiqət uğrunda mübarizə apararkən öz qərəzsiz işlərinə görə hədəfə çevrilən və təzyiqlə üzləşən bir qrup jurnalisti “Keşikçilər” adı altında "İlin adamı" seçib. Onların sırasında Kaşoqi ilə yanaşı, Myanmadakı Rohinca müsəlmanlarının başına gətirilən qırğınlardan yazan və həbs olunan “Reuters”in 2 jurnalisti Va Lon və Kyav So, Maria Ressa və digər jurnalistlər də var.

"İlin adamı" adına layiq görülən və ikinci sırada qərarlaşan şəxs ABŞ prezidenti Donald Tramp olub. Üçüncü pillədə isə Trampın Rusiya ilə əlaqələrini, həmçinin, Moskvanın ABŞ-dakı seçkilərə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müller qərarlaşıb.

Həmçinin, Rusiya prezidenti Vladimir Putin, cinsi zorakılıqda ittiham olunaraq böyük qalmaqalla ABŞ Ali Məhkəməsinin hakimi seçilən Brett Kavano, Britaniya şahzadəsi Harrinin xanımı Meqan Markl, Cənubi Koreyanın prezidenti Mun Çje İn və digərləri "İlin adamı" seçilənlər sırasındadır.





Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Səudiyyə   ABŞ  





Xəbər lenti