Tramp Çinlə danışıqlardan razıdır

Tramp Çinlə danışıqlardan razıdır
  11 Dekabr 2018    Oxunub:3044
ABŞ prezidenti Donald Tramp Çinlə münasibətlərdəki ticarət mübahisələrinin həll olunması istiqamətində aparılan ikitərəfli danışıqlardan məmnunluğunu ifadə edib.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, ikitərəfli ticarət danışıqlarında növbəti mərhələ üçün yol xəritəsinin müəyyənləşdirilməsinə dair ABŞ maliyyə naziri Stiven Mnuçin və ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzer ilə Çin kommunist hökumətinin baş nazir müavini Liu He arasında aparılan telefon söhbətindən sonra Tramp iki ölkə arasındakı ticarət gərginliyinin sona çatacağı ilə bağlı ümidli olduğunu bildirib.

“Çinlə çox məhsuldar danışıqlar aparırıq! Mühüm elanlar gözləyin!” – Tramp "Tvitter" səhifəsində yazıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Tramp   Çin   ABŞ  





Xəbər lenti