“Huawei” qalmaqalı - Keçmiş diplomat saxlanıldı

 “Huawei” qalmaqalı  - Keçmiş diplomat saxlanıldı
  12 Dekabr 2018    Oxunub:3542
Kanadanın keçmiş diplomatı Maykl Kovriq Çində saxlanılıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda onun harada olması və hansı səbəbdən saxlanılması barədə açıqlama verilməyib. Çin tərəfi bu barədə hər hansı məlumat yaymayıb.

Maykl Kovriqin Şimal-Şərqi Asiya üzrə baş məsləhətçi olduğu Beynəlxalq Böhran Qrupu onun yerini müəyyənləşdirməyə çalışır.

İddia edilir ki, sabiq diplomatın həbsi Çinin “Huawei” şirkətinin maliyyə direktoru Men Vanconun Kanadada saxlanılmasına cavab addımıdır.

Azvision.az


Teqlər: Çin   Kanada  





Xəbər lenti