Tramp Salmanı dəstəklədiyini etiraf etdi

Tramp Salmanı dəstəklədiyini etiraf etdi
  12 Dekabr 2018    Oxunub:2947
ABŞ prezidenti Donald Tramp səudiyyəli jurnalist Camal Kaşoqinin qətlində ittiham olunan vəliəhd şahzadə Məhəmməd ibn Salmana dəstəyini davam etdirir.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tramp özü etiraf edib. O, bu addımını şahzadənin Səudiyyə lideri və yaxşı müttəfiq olması ilə əlaqələndirib.

“Reuters”in müxbirinin “Səudiyyə Ərəbistanını dəstəkləmək vəliəhd şahzadəni dəstəkləmək anlamına gəlir” sualına Tramp “bəli, hazırda belədir”, - deyə cavab verib.

Jurnalist Trampa Səudiyyə Ərəbistanının kraliyyət ailəsinin bəzi üzvlərinin şahzadə Salmanın kral olmasını istəmədiyini, lakin ABŞ rəhbərliyinin (xüsusən də Trampın) bu işdə onu dəstəklədiyi, hətta kral seçilməsinə kömək edəcəyinə dair növbəti sualını ünvanlayıb.

Tramp isə bu məsələni şərh etmək istəməyib: “Buna şərh verməyəcəm, çünki belə bir şey eşitmədim. Salmanın güclü şəkildə iqtidarda olduğu eşitdiyim tək şeydir”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Tramp   ABŞ   Salman  





Xəbər lenti