ABŞ Türkiyə sərhəddində nəzarət məntəqələri quraşdırdı

ABŞ Türkiyə sərhəddində nəzarət məntəqələri quraşdırdı
  12 Dekabr 2018    Oxunub:2977
Suriyanın Türkiyə ilə şimal sərhəddində, kürdlərin nəzarətində olan bölgələrdə ABŞ-a məxsus müşahidə məntəqələri quraşdırılıb.

Azvision.az xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi, polkovnik Rob Menninq bəyan edib.
“Pentaqonun rəhbəri Ceyms Mettisin göstərişinə əsasən, NATO üzrə müttəfiqimiz olan Türkiyənin təhlükəsizlik problemlərinin həlli üçün ABŞ Suriyanın şimal-şərq sərhəd rayonunda müşahidə məntəqələri quraşdırıb” – Menninq bildirib.

Qeyd edək ki, bundan əvvəl Türkiyənin müdafiə naziri Hulusi Akar ABŞ Dövlət Departamentinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri ilə görüşdə Vaşinqtonu Suriyadakı müşahidə məntəqələri tikməkdən imtinaya çağırmışdı. Ankara hesab edir ki, ABŞ heç də Türkiyəyə dəstək naminə yox, Suriyanın şimalındakı YPG/PYD terrorçularını qorumaq üçün bu məntəqələri quraşdırır.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Suriya   Türkiyə   ABŞ   YPG  





Xəbər lenti