Bolqarıstan müdafiə nazirinin təyyarəsi təcili eniş etdi

     Bolqarıstan müdafiə nazirinin təyyarəsi təcili eniş etdi
  12 Dekabr 2018    Oxunub:4776
Göyərtəsində Bolqarıstan baş nazirinin müavini və müdafiə naziri Krasimir Karakaçanovun olduğu təyyarə Vyanada təcili eniş edib.

Azvision.az xəbər verir ki, bu barədə Bolqarıstan radiosu məlumat yayıb. Qeyd olunur ki, planlaşdırılmamış enişə səbəb Sofiyadan Brüsselə uçan təyyarənin pilotlarının əyləşdiyi kabinədə şüşələrin çatlaması olub.
Təcili eniş zamanı təyyarədəki sərnişinlər və ekipaj üzvləri xəsarət almayıblar. Bolqarıstan müdafiə naziri bildirib ki, insident zamanı heç bir panika olmayıb və təyyarə peşəkarcasına eniş edib.

Bolqarıstanın rəsmi nümayəndə heyətinin ünvana çatdırılması üçün “Bulgaria Air” aviaşirkəti ehtiyat təyyarə göndərib.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Bolqarıstan   Brüssel   Vyana  





Xəbər lenti