Strasburqdakı silahlı hücumda ölənlərin sayı artdı
Bundan əvvəl silahlı hücum nəticəsində 3 nəfərin öldüyü, 12 sakinin isə yaralandığı bildirilirdi. Hazırda yaralılardan 5-nin vəziyyəti ağırdır. Hadisə ilə əlaqədar bu gün Strasburq şəhərində matəm elan ediləcək.
Fransa KİV-nin məlumatına əsasən, silahlı hücuma görə Strasburqda 11 yaşadək uşaqların oxuduğu ibtidai məktəblər ziyarət üçün bağlanıb.
Qeyd edək ki, ötən axşam 29 yaşlı Strasburq sakini şəhərdəki Milad yarmarkasının yaxınlığında silahla insanlara atəş açıb. Daha sonra polislə atışmada yaralanan cinayətkar hadisə yerindən qaça bilib. Onun axtarışı üçün Fransa hüquq-mühafizə orqanlarının 350 əməkdaşı cəlb olunub. Fransa rəsmiləri insidenti terror olaraq qiymətləndirməsə də, Baş Prokurorluğun anti-terror bölməsində cinayət işi açılıb. Bildirilir ki, 29 yaşlı şübhəli əvvəllər də silahlı hücuma görə həbs olunub.
Leyla Elbrusqızı
Azvision.az