Xəstə bankir

Xəstə bankir
  04 Noyabr 2013    Oxunub:1189
M.Nizam-ül-Mülk

Bankda işlədiyim vaxtlar idi. Banka əmanət gətirib yerləşdirənlərə hətta ad da qoymuşduq: Xoşbəxt Abdullayev.
Xoşbəxtlərin sayı artmaqda davam edirdi. O yazıqların xəbəri yox idi ki, yerləşdirdikləri əmanətlərn filialın müdiri ilə müavini arasında qardaş malı kimi bölürlər.
Zəlzələdən idimi, yoxsa vəlvələdən, bilmədim, amma bir gün məlum oldu ki, respublika prokurorluğunun istintaq idarəsi tərəfindən faktla bağlı cinayət işi başlanıb. Filialın müdirini və müavini həbs elədilər.
Yadımda, müdirlə müavinini 11 il azadlıqdan məhrumedilmə cəzası veriləndə Əli Kərimli indiki kimi AXCP-nin müdiri idi. Və bu həbslə bağlı AXCP müdirindən bir kəlmə olsun belə, səs çıxmadı.

Əli Kərimli niyə yadıma düşdü?
Qəzetləri vərəqləyirdim. “Texnika Bank”la bağlı keçirilən məhkəmə işini oxudum. Sıradan bir məhkəmə prosesi olub. Özgənin əmlakını talayıblar. Və layiqli cəzalarını da alıblar.

Əli Kərimlinin nəzarətində olan qəzetə də göz gəzdirdim. Və orada “Əli Kərimlinin qaynına 7,5 il iş verildi” başlıqlı yazını gördüm. Yazı baxanda gördüm ki, bu “Texniaka Bank”ın “qoçaqları”dan biri Əli Kərimlinin qaynıdı.
Həmən yazıda Əli Kərimlinin də açıqlamasını oxudum. Əli Kərimli qəzetinə verdiyi açıqlamasını bir az da artıraraq, facebookda ənənəsinə üyğun olaraq 2 min işarədən az olmayan status yazıb.

Əli Kərimlinin yazır ki, `bu gün qaynım Elnur Seyidovu qurama, absurd ittihamlarla 7 il yarım azadlıqdan məhrum etdilər. Məndən qisas almaq məqsədilə təqsirsiz, xəstə, 3 azyaşlı uşaq atasını sifarişlə cəzalandırdılar`.

Bu yerdə məntiqi olaraq ortaya sual çıxır. Nə oldu, bunlar hamısı həbs olunan kimi xəstələnirlər? Və yaxud, niyə xəstə adam bankda mühim bir postda vəzifə tutmalıdı? Bu sualla Əli Kərimliyə müraciət edən olmayıb. Olsyadı belə, başqa bir yalan uydurub deyəcəkdi.

Bu hadisəylə bağlı Əli Kərimlinin “dejurnu” züytutan “hüquq müdafiəçiləri” də gözlərinin yumub ağızlarını açıblar.

Əli Kərimli qəzetə açıqlamasında və fecebookda yazdığı statusda qəzetini də yaddan çıxartmayıb: “Azadlıq” qəzetinin kollektivi azad, tənqidi sözün tribunasını qoruyub saxlamaq üçün ölüm-dirim mübarizəsi aparır”.

Maraqlıdır, görəsən, Əli Kərimli bunları yazanda fikirləşməyib ki, qəzetinin əməkdaşları başqasına böhtan atanda cəzalandırılmayacaqlar?

Dəyəsən, Əli Kərimli öz qəzetindən başqa digər mətbuatı oxumur. Oxumuş olsaydı, bilərdi ki, qəzetinin əməkdaşları yüksək maaşla başqa saytlarda da işləyirlər. O saytlarda ki, orada Əli Kərimliyə və Milli Şura deyilən qurumda təmsil olunan digərilərini qarşı eninə-uzununa nəyi var, döşəyirlər. Dəyəsən, elə Əli Kərimlinin dostları da öz tayıdır.

P.S. At oğurlanandan sonra axur nəyə gərək.


Teqlər:





Xəbər lenti