Ermənistanda keçmiş məmura qarşı yeni ittiham

  12 Dekabr 2018    Oxunub : 2815
 Ermənistanda keçmiş məmura qarşı yeni ittiham
Ermənistanın keçmiş baş nazirinin müavini Armen Qevorkyana qarşı açılan cinayət işi çərçivəsində yeni ittiham irəli sürülüb.
Azvision.az xəbər verir ki, bu barədə Qevorkyanın vəkili Erik Aleksanyan bildirib. Onun sözlərinə görə, sabiq məmura qarşı ittihamlara cinayət məcəlləsi üzrə digər maddələr əlavə edilib. Lakin yeni ittihamların mahiyyəti barədə məlumat verməyib.

Qeyd edək ki, bu gün İrəvan məhkəməsi Qevorkyanın həbsi barədə sorğu təqdim edib. Armen Qevorkyan Ermənistanda 2008-ci ilin 1 mart hadisələri zamanı 10 nəfər dinc nümayişçinin ölümü ilə əlaqədar ədalətin bərqərar olmasına əngəl yaratmaqda ittiham edilir. Məhkəmənin qərarı ilə onun Ermənistanı tərk edilməsinə qadağa qoyulub.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Ermənistan