Tramp xəstəliyə tutulacaq, Putinə sui-qəsd ediləcək - Vanqanın kəhanətləri

   Tramp xəstəliyə tutulacaq, Putinə sui-qəsd ediləcək -    Vanqanın kəhanətləri
  12 Dekabr 2018    Oxunub:7345
Gerçək adı Vanqeliya Pandeva olan Vanqa 31 yanvar 1911-ci ildə Makedoniyanın Strumitza kəndində dünyaya gəlib. 16 yaşında ildırım çarpması nəticəsində görmə qabiliyyətini itirən Vanqa 1994-cü ildə dünyasını dəyişib. Onun indiyədək bir çox kəhanətləri mövcudur. Onlardan ən qorxulusu 5079-ci ildə kainatın yox olması barədədir.
Azvision.az xəbər verir ki, bəzi xarici KİV-lərdə Vanqanın 2019-cu illə bağlı kəhanətləri yayılıb.

İddia olunur ki, qarşıdan gələn ildə Avropada dərin iqtisadi böhran hökm sürəcək. Ən sensassion öncəgörmə Rusiya prezidenti Vladimir Putinlə bağlıdır. Qeyd olunur ki, 2019-cu ildə Vladimir Putinə qarşı sui-qəsd olacaq. Lakin Vanqa Putinin ölüb-ölməyəcəyi barədə hər hansı məlumat verməyib.

Bundan əlavə, Asiya qitəsi 2004-cü ildə olan sunamiyə oxşar fəlakətlə üzləşəcək. ABŞ prezidenti Donald Tramp isə kar və beyin travmasına səbəb ola biləcək ağır xəstəliyə tutulacaq.

Aytən Zəhra
Azvision.az



Teqlər: Tramp   Putin  





Xəbər lenti