Azərbaycanlı diplomat beynəlxalq mükafat alıb

  12 Dekabr 2018    Oxunub : 3536
 Azərbaycanlı diplomat beynəlxalq mükafat alıb
İslam Əməkdaşlıq Təşkilatının BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev Diwali təşkilatı tərəfindən nüfuzlu beynəlxalq "Power of One Award" mükafatına layiq görülüb.
Azvision.az xəbər verir ki, mükafat ümumilikdə beynəlxalq diplomatiyanın altı veteranına verilib. Təşkilatın açıqlamasında deyilir ki, həmin şəxslər "daha təkmilləşdirilmiş, təhlükəsiz və sülh içində olan" dünyanın qurulmasına mühüm töhfə verdiyi üçün mükafatlandırılıb.

Qeyd edək ki, mükafat həmçinin Vyetnam, Hindistan, Sloveniya, Tunis və Yunanıstandan olan veteran diplomatlara verilib.

Xatırladaq ki, Aqşin Mehdiyev 2006-2013-cü illərdə Azərbaycanın BMT yanında daimi nümayəndəsi olub.

Azvision.az




Teqlər: BMT   Aqşin-Mehdiyev