Ermənistan parlamenti ilk iclasını gələn il keçirəcək

Ermənistan parlamenti ilk iclasını gələn il keçirəcək
  12 Dekabr 2018    Oxunub:3369
9 dekabrda baş tutan növbədənkənar seçkilərdən sonra Ermənistan parlamentinin yeni tərkibdə ilk iclası yanvarın 7-də keçiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə “Vətəndaş müqaviləsi” partiyası idarə heyətinin üzvü, partiyanın Ermənistan Mərkəzi Seçki Komissiyasındakı (MSK) nümayəndəsi Vaan Ovakimyan bildirib. Onun sözlərinə görə, MSK səsvermədən 7 gün sonra – 16 dekabrda parlament seçkilərinin yekunu ilə bağlı açıqlama verəcək. Və ondan sonrakı 5 gün ərzində - 21 dekabr saat 18:00-dək seçkilərin nəticələrindən Konstitusiya Məhkəməsinə şikayət edilə bilər.

Əgər Konstitusiya Məhkəməsinin qərarı ilə seçki nəticələrinin leqitimliyi təsdiqlənərsə, o zaman Ermənistan parlamentinin yeni tərkibdə ilk iclası yanvarın 7-də keçiriləcək.

Qeyd edək ki, ABŞ, həmçinin, Almaniya və Fransa da daxil olmaqla bir çox Avropa dövlətləri “Mənim addımım” blokunun 70,43% səslə parlament seçkilərində qələbəsi münasibətilə Ermənistanın baş naziri səlahiyyətləırinin icraçısı Nikol Paşinyanı təbrik etsələr də, Rusiya prezidenti Vladimir Putin hələ də ona təbrik ünvanlamayıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Rusiya   ABŞ  





Xəbər lenti