Türkiyədə qatar qəzası: 9 ölü, 47 yaralı (Yenilənib)

  13 Dekabr 2018    Oxunub : 6101
 Türkiyədə qatar qəzası: 9 ölü, 47 yaralı (Yenilənib)
Türkiyənin paytaxtı Ankarada baş verən qatar qəzasında ölənlərin sayı artıb.

Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, qəza nəticəsində həlak olan şəxslərin sayı 9-a çatıb. Onlardan üçü qatar maşinistidir.
Xəsarət alan 47 nəfər xəstəxanalara yerləşdirilib. Ölü sayının artacağı istisna edilmir. Faktla bağlı araşdırma aparılır.

***
(11:20)

Türkiyənin paytaxtı Ankarada baş verən qatar qəzasında ölənlərin sayı artıb.

Azvision.az xəbər verir ki, son məlumata görə, qəza nəticəsində 7 nəfər ölüb. Yaralanan 46 nəfərdən 3-nün vəziyyəti ağırdır. Bundan əvvəl yayılan xəbərlərdə isə 4 nəfərin öldüyü bildirilmişdi.

***09:20

Türkiyədə Ankara-Konya marşrutu üzrə hərəkət edən sürət qatarı qəzaya düşüb.

Azvision.az xəbər verir ki, qəza Yeniməhəllə rayonunun Marşandiz stansiyasında qeydə alınıb. Hadisə nəticəsində iki vaqon relsdən çıxaraq aşıb.

Ankara valisi Vasip Şahin bildirib ki, qəza zamanı 4 nəfər ölüb, 43 nəfər yaralanıb. Hadisə yerinə xilasedici dəstələr cəlb olunub.















Kənan Məmmədov
Azvision.az

Teqlər: Qəza   Türkiyə   Qatar