Ankaradakı qatar qəzasının səbəbi açıqlandı

Ankaradakı qatar qəzasının səbəbi açıqlandı
  13 Dekabr 2018    Oxunub:3356
Türkiyədə baş verən dəhşətli qatar qəzasının səbəbləri açıqlanıb.
AzVision.az -ın məlumatına görə, Ankara valisi Vasip Şahin jurnalistlərə açıqlamasında bildirib ki, Ankara- Konya səfərini yerinə yetirən sürət qatarı şəhər ətrafı hərəkət edən başqa bir qatarla toqquşub.

Onun sözlərinə görə, qəzadan sonra iki vaqon reysdən çıxaraq üst keçidə çırpılıb: “Üst keçid isə reysdən çıxan vaqonların üzərinə düşüb. Qəza nəticəsində 4 nəfər ölüb, 43-ü yaralanıb”.

Qeyd edək ki, Ankara-Konya marşrutu üzrə hərəkət edən sürət qatarı Yeniməhəllə rayonunun Marşandiz stansiyasında yerli saatla 06:30 qəzaya uğrayıb.

Kənan Məmmədov
AzVision.az



Teqlər: Qatar   Qəza   Türkiyə  





Xəbər lenti