Porno ulduz Trampa 300 min dollar uduzdu

 Porno ulduz Trampa 300 min dollar uduzdu
  13 Dekabr 2018    Oxunub:6793
Məşhur porno ulduz Stormy Daniels ABŞ prezidenti Donald Trampa 300 min dollar təzminat ödəyəcək.
AzVision.az xəbər verir ki, buna səbəb porno ulduzun ABŞ prezidentinin onu təhqir etməsinə dair irəli sürdüyü iddianın məhkəmə tərəfindən rədd edilməsidir.

Məhkəmənin qərarına görə, porno ulduz vəkillərin xidmət haqqı olaraq 293 min dollar cərimə ödəməlidir.
S.Danielsin vəkili isə bildirib ki, müvəkkili bu məbləğin bir qəpiyini belə ödəməyəcək.

Qeyd edək ki, Stormy Daniels 2006-cı ildə Trampla cinsi əlaqədə olduğunu iddia edib.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Tramp   ABŞ   Təzminat  





Xəbər lenti