Ermənistan rəsmisi Bakıya gəlir

 Ermənistan rəsmisi Bakıya gəlir
  13 Dekabr 2018    Oxunub:4456
Ermənistan nümayəndəsi Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bildirib.
Onun sözlərinə görə, Bakıda keçiriləcək iclasda Ermənistanı XİN-nin çoxtərəfli və ikitərəfli iqtisadi əməkdaşlıq departamentinin rəisi Aşot Koçaryan təmsil edəcək.

Azvision.az


Teqlər: QDİƏT   Ermənistan  





Xəbər lenti