Türkmənistan gəmisi Bakıda təmir olunub
Tərsanə təmiri zamanı isə gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğuları təmir edilib. Üzməsinə təhlükə yaradan gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib və gəmi üzrə rəngləmə işləri yerinə yetirilib. Təmirdən sonra gəmi dəniz sınağına çıxarılıb, uğurla başa çatan sınaqdan sonra gəmi heyət və Registr təsnifatı nümayəndələrinə təhvil verilib. Məlumat üçün bildiririk ki, “CM.Rahil” təchizat-yedək gəmisinin uzunluğu 59,25, eni 14,95 metrdir. Üzən vasitə CAT3516B tipli iki ədəd baş mühərriklə təchiz olunub.
Qeyd edək ki, ASCO regionda güclü gəmi təmiri bazasına malikdir. Şirkətin tərkibində “Bibiheybət” Gəmi Təmiri Zavodu və Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu fəaliyyət göstərir. Bu zavodlarda mütəmadi olaraq yerli gəmilərlə yanaşı, xarici ölkələrə məxsus gəmilərin yüksək keyfiyyətlə təmiri həyata keçirilir.
Azvision.az