Qəza ilə bağlı rəsmi məlumat

Məlumata görə, martın 6-da saat 08.10 radələrində Naxıçvan şəhəri ərazisində, şəhər sakini Fariz Sultanovun idarə etdiyi "VAZ-21074" və Kəngərli rayon sakini Turan Abdullayevin idarə etdiyi "VAZ-21074" avtomaşınlar toqquşub.
Nəticədə F.Sultanovun xəsarətlə xəstəxanaya yerləşdirilmiş sərnişini Vəkil Səfərov orada ölüb.