İlham Əliyev ən yüksək mükafata layiq görüldü

İlham Əliyev ən yüksək mükafata layiq görüldü
  04 Noyabr 2013    Oxunub:1047
Azərbaycan Prezidenti İlham Əliyev Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

AzVision.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, dövlət başçısı kardinal Canfranko Ravazinin ölkəmizə səfərinin uğurlu olacağına və Azərbaycan ilə Vatikan arasında əlaqələrin inkişaf etdirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirdi.

İkitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev həyata keçirilən birgə layihələrin önəmini qeyd etdi.

Azərbaycan ilə bağlı sərgilərin Vatikan muzeylərində nümayişinə toxunan dövlətimizin başçısı son illər əməkdaşlığımızın yeni formatda inkişafından məmnunluğunu bildirdi.

Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Vatikan Dövləti arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazinin Azərbaycanın ən yüksək mükafatlarından olan "Dostluq" ordeni ilə təltif olunduğunu dedi və ordeni kardinal Canfranko Ravaziyə təqdim etdi.

Kardinal Canfranko Ravazi Azərbaycanın "Dostluq" ordeninə layiq görüldüyünə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirərək bunu Azərbaycan ilə Vatikan arasında uzun müddət ardıcıl olaraq inkişaf edən əlaqələrə verilən qiymət kimi dəyərləndirdi. Canfranko Ravazi yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, Azərbaycan ilə Vatikan arasında əlaqələrin inkişaf etdirilməsində göstərdiyi xidmətlərə görə Prezident İlham Əliyevin Müqəddəs Taxt-Tacın ən yüksək və nadir mükafatlarından biri olan "Medalla Sede Vacante" medalına layiq görüldüyünü dedi və Müqəddəs Taxt-Tacın adından medalı dövlətimizin başçısına təqdim etdi. Kardinal Canfranko Ravazi ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətlərini xüsusi qeyd etdi.

Qonaq ikitərəfli münasibətlərimizin gələcəkdə də inkişaf etdiriləcəyinə əminliyini bildirdi.


Teqlər:  





Xəbər lenti