“Həyat yoldaşım yaxşı işlər görür” - Melaniya Tramp

  “Həyat yoldaşım yaxşı işlər görür” -    Melaniya Tramp
  13 Dekabr 2018    Oxunub:6169
ABŞ prezidenti Donald Trampın həyat yoldaşı, ölkəsinin birinci xanımı Melaniya Tramp “Fox News”-a müsahibə verib.
Azvision.az xəbər verir ki, maraqlı fikirləri ilə diqqət çəkən Melaniya həyat yoldaşına dəstək nümayiş etdirib.

Birinci xanım Trampın ikinci dəfə prezident seçkilərində iştirak etməsi barədə suala cavabında bunun mümkün olduğunu deyib. Melaniya hesab edir ki, prezident Tramp ölkəsi üçün yaxşı işlər görür.

“Həyat yoldaşım yaxşı işlər görür. ABŞ tarixinin ən yaxşı dövrünü yaşayır. Ölkədə yaxşı işlərin görülməsinin davam etdirilməsini istəyirəm”.

Bundan başqa, Melaniya Tramp Ağ evdə yaşadığı çətinliklərdən söz açıb. Bildirib ki, ən böyük çətinliyi adı və ailəsinin soyadından istifadə etməyə çalışan insanlarla məşğul olmaqdır. Birinci ledi bu vəziyyətdən kədərləndiyini və medianın diqqətinin dedi-qodulardansa, həqiqətlərə üstünlük verilməsinin vacibliyini vurğulayıb.





Aytən Zəhra
Azvision.az



Teqlər: Tramp   ABŞ  





Xəbər lenti