İsrail Fələstinin inzibati mərkəzini mühasirəyə aldı

İsrail Fələstinin inzibati mərkəzini mühasirəyə aldı
  13 Dekabr 2018    Oxunub:4387
İsrail hərbçiləri Fələstinin faktiki paytaxtı və inzibati mərkəzi olan Ramallaha giriş və çıxışları bağlayaraq şəhəri blokadaya alıb.

Azvision.az xəbər verir ki, bu barədə İsrail ordusunun rəsmi nümayəndəsi, polkovnik-leytenant Yonatan Konrikus bəyan edib.
Onun sözlərinə görə, blokadanın səbəbi İordan çayının qərb sahilində fələstinlinin atəş açaraq iki israillini öldürməsi və digər ikisini də yaraladıqdan sonra avtomobilə minərək Ramallaha doğru getməsidir.

“Atəş açan avtomobilə minərək Ramallah istiqamətində gizləndi. Ona görə də biz indi Ramallaha aparan bütün girişləri və şəhərdən çıxışları bağlamışıq. Biz orada axtarış aparırıq və yaxın gələcəkdə bu rayonda fəaliyyət göstərəcəyik”, - deyə Konrikus vurğulayıb.

Qüdsdən 13 kilometr aralıda Ramallah şəhərində Fələstin prezidenti Mahmud Abbasın iqamətgahı və digər dövlət orqanları, həmçinin, Rusiya səfirliyi daxil olmaqla xarici diplomatik missiyaların binaları yerləşir.

Qeyd edək ki, İsrail tərəfindən zəbt edilən İordan çayının qərb sahilindəki Ofra qəsəbəsində bu gün naməlum fələstinli avtobus dayanacağına atəş açaraq iki israillini öldürüb. Atəş açan fələstinli yaxınlıqdan keçən silahlı tərəfindən vurularaq yaralansa da, maşına minərək hadisə yerindən qaçıb.



Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ramallah   Fələstin   İsrail  





Xəbər lenti