Ukraynada Azərbaycanla bağlı beyin mərkəzi yaradılır

  Ukraynada Azərbaycanla bağlı beyin mərkəzi yaradılır
  13 Dekabr 2018    Oxunub:3407
Ukraynada Azərbaycanla bağlı xüsusi analitik beyin mərkəzi yaradılır.
Azərbaycanın Ukraynadakı səfirliyindən Azvision.az -a bildirilib ki, bu günlərdə səfirlilikdə AMEA prezidenti akademik Akif Əlizadənin başçılıq etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə Qara Dəniz-Xəzər Hövzəsi məkanını əhatə edən mövzularla bağlı xüsusi analitik beyin mərkəzinin yaradılması barədə razılıq əldə olunub.

Görüş Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin təşəbbüsü ilə baş tutub. Mərkəzin yaradılmasında məqsəd geosiyasi, siyasi, loqistika, informasiya mübadiləsi mexanizmləri, elm, təhsil sahələrində qarşılıqlı əlaqələrin inkişaf imkanları və layihələrin hazırlanması, regional əməkdaşlıq formatları, onların perspektivləri, təhlükəsizlik sisteminin yaradılmasının geosiyasi-nəzəri aspektləri, beynəlxalq layihələr çərçivəsində əməkdaşlıq imkanları kimi mövzular üzrə elmi tədqiqat işlərinin aparılması, habelə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasıdır.

AMEA rəhbərliyi bu məsələdə öz kadr potensialından istifadə edilməsi fikrinə müsbət yanaşdığını bildirib. Tərəflər bu təklif-layihənin reallaşdırılması üçün birgə fəaliyyət göstərəcəkləri ilə bağlı razılığa gəliblər.

Azvision.az



Teqlər: Ukrayna   Azərbaycan  





Xəbər lenti