Ərdoğan FETÖ-çülərin maliyyə mənbəyini qurudur

   Ərdoğan FETÖ-çülərin maliyyə mənbəyini qurudur
  13 Dekabr 2018    Oxunub:5298
Türkiyə FETÖ terror təşkilatının lideri, ABŞ-a sığınan Fətullah Gülənin tərəfdarlarının maliyyə mənbələrini hədəfə alacaq yeni tədbirlərə start verəcək.

Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaradakı çıxışında bəyan edib.
Onun sözlərinə görə, FETÖ-çülərə qarşı yeni əməliyyat təşəbbüsü Türkiyə hüdudlarından kənarda xarici sponsorlara qarşı həyata keçiriləcək.

Qeyd edək ki, Fətullah Gülən 2016-cı ilin iyulunda Türkiyədəki dövlət çevrilişinə cəhddə ittiham edilir.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: FETÖ   Türkiyə   ABŞ  





Xəbər lenti