ABŞ Suriyaya dair qətnamə qəbul edib

  13 Dekabr 2018    Oxunub : 3726
 ABŞ Suriyaya dair qətnamə qəbul edib
ABŞ Konqressinin Nümayəndələr Palatası respublikaçı Brayan Mestin təqdim etdiyi Suriya üzrə qətnaməni təsdiqləyib.

Azvision.az “Russia Today”ə istinadən xəbər verir ki, qətnamədə amerikalı siyasətçilər Suriyada dayanıqlı siyasi keçidin təmin olunmasına çağırış ediblər.
Sənəddə həmçinin, İranın Suriya ərazisindəki daimi iştirakının qarşısının alınması üçün xüsusi strategiyanın işlənib hazırlanması nəzərdə tutulub. Bu mənada qeyd olunur ki, cəhdlərin təşviqi istiqamətində Rusiya etibarsız tərəfdaş olduğunu sübut edib.

Qətnamədə Rusiya və İranın dəstəyi ilə Suriya Ərəb Respublikasındakı rejimin humanitar yardım əməkdaşlarına hücum etdiyi, o cümlədən, dinc sakinlərə qarşı kimyəvi silah tətbiq etdiyi bildirilir və Dəməşqin bu addımı qınanılır.

ABŞ Nümayəndələr Palatası Əsəd rejimini, Rusiya və İran hökumətlərini, “Hizbullah”ı və İranın dəstəklədiyi digər hərbiləşmiş qruplaşmaları Suriyada hərbi cinayətlər və insanlığa qarşı cinayətlərə davamlı dəstək göstərdiklərinə görə qınayır” – sənəddə bildirilib.

Qətnamədə, həmçinin qeyd olunub ki, nə qədər ki Suriyada Bəşər Əsəd rejimi hakimiyyətdədir, Rusiya Yaxın Şərqdəki təsirini genişləndirməyə davam edəcək.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: İran   Suriya   ABŞ   Rusiya   Konqress