Gürcüstan-Rusiya magistral yolu bağlanıb

Gürcüstan-Rusiya magistral yolu bağlanıb
  14 Dekabr 2018    Oxunub:3947
Gürcüstandan Rusiyaya gedən yeganə avtomobil magistralı - Yuxarı Lars yolu dekabrın 13-də bütün növ avtomobillər üçün bağlanıb.
Bu barədə Gürcüstanın müvafiq dövlət strukturları məlumat yayıb. Bildirilib ki, hava şəraitinin kəskin dəyişməsi, güclü qar yağması, yolların buz bağlaması və dağlarda qar uçqunu səbəbindən yolda bütün növ avtomobillərin hərəkəti qadağan edilib.

Məlumata görə, hazırda yolda Azərbaycan, Türkiyə, Ermənistan, Rusiya, Ukrayna və digər ölkələrə məxsus 200-dən çox yük maşınları, eləcə də minik avtomobilləri dayanıb.

Bundan başqa, Transqafqaz magistralı da (Transkam) bağlanıb. Bu magistrala yaxın dağlarda qar uçqunu ola biləcək əraziləri zərəsizləşdirmək üçün kəşfiyyat xarakterli atəş hazırlığı aparılır. (AzərTAc)

Azvision.az



Teqlər: Gürcüstan   Rusiya   Yol  





Xəbər lenti