29 yaşlı Mariya casus olduğunu etiraf etdi - FOTO

  29 yaşlı Mariya casus olduğunu etiraf etdi -  FOTO
  14 Dekabr 2018    Oxunub:12119
Casusluqda ittiham edilərək Vaşinqtonda saxlanılan Rusiya vətəndaşı Mariya Butina məhkəmə qarşısına çıxarılıb.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı Mariya gözlənilmədən haqqında səslənən bütün ittihamları qəbul edib.
Hakim Rusiya vətəndaşına "Bilirsənmi, əgər günahını etiraf etsən, məhkəmənin qərarı ilə ölkədən xaric olunacaqsan?" sualını ünvanlayıb. Bundan sonra Mariya ardıcıl suallara cavab verməklə casusluq ittihamını qəbul edib.

İddia edilir ki, M.Butina Rusiya əleyhinə məhkəmə ilə danışıqlara gedib. Yaxın günlərdə məhkəmənin yekun qərar verəcəyi gözlənilir.

Qeyd edək ki, cari ilin iyul ayında Rusiya vətəndaşı Mariya Butina casusluq ittihamı ilə Vaşinqtonda saxlanılıb. Butina amerikalı siyasətçilərlə görüşüb və ABŞ-da qərarların qəbul edilməsinə təsir etmək üçün Moskvanın ondan istifadə etdiyi ehtimal edilib. Rəsmi Moskva ilə deyilənləri təkzib edərək Butinanın həbsini siyasi sifariş adlandırıb.







Azvision.az



Teqlər: Mariya   Casus   Rusiya  





Xəbər lenti