Strasburqda insanlara atəş açan şəxs öldürülüb - FOTO

Strasburqda insanlara atəş açan şəxs öldürülüb -  FOTO
  14 Dekabr 2018    Oxunub:4005
Fransanın Strasburq şəhərində Milad bayramı yarmarkasında insanlara atəş açan şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 29 yaşlı Şerif Çekatt zərərsizləşdirilib.
Azvision.az xəbər verir ki, cinayətkar Noydorf məhəlləsində üç polis əməkdaşı tərəfindən cavab atəşi ilə öldürülüb.

Qeyd edək ki, Şerif Çekattin təşkil etdiyi silahlı hücum nəticəsində 3 nəfər ölüb, 13 nəfər yaralanıb.




İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Fransa   Qətl  





Xəbər lenti