Erməni hərbçi yaşlı qadını vurdu, “Range Rover” üstündən keçdi

 Erməni hərbçi yaşlı qadını vurdu,  “Range Rover” üstündən keçdi
  14 Dekabr 2018    Oxunub:5321
Bu gün İrəvanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az "Shamshyan.com"-a istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinə məxsus yük maşını 60-65 yaşlı qadını vurub.

Hadisə şahidləri bildiriblər ki, avtomobildən çıxan hərbçi qadına yardım etmək istəsə də, yüksək sürətlə hərkət edən "Range Rover" markalı maşın yerə yıxılan qadının üstündən keçib. Piyada aldığı xəsarətdən hadisə yerində keçinib.

Hazırda faktla bağlı araşdırma aparılır.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: İrəvan   Qəza  





Xəbər lenti