Bakıda Çavuşoğludan İdlib bəyanatı

 Bakıda Çavuşoğludan İdlib bəyanatı
  14 Dekabr 2018    Oxunub:4289
Türkiyə hesab etmir ki, Suriyanın İdlib bölgəsindəki mövcud vəziyyət Rusiya ilə yüksək səviyyədə müzakirələri tələb edir.

Azvision.az xəbər verir ki, bunu Bakıda keçirilən QDİƏT Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası çərçivəsində jurnalistlərə açıqlama verən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
İdliblə bağlı Rusiya və Türkiyə prezidentləri səviyyəsində sammitin keçirilmə ehtimalına dair nazir bildirib: “Bununla bağlı bizə yüksək səviyyədə yeni sammit keçirmək lazım deyil, çünki hansısa fövqəladə vəziyyət yoxdur. Amma başqa səviyyələrdə biz bir-birimizlə qarşılıqlı əməkdaşlığı davam etdiririk. Bizim hərbçilərimiz, kəşfiyyatlarımız və xarici işlər nazirlərimiz bir-biriləri ilə sıx əlaqədə işləyirlər. Odur ki, işlər davam etdirilir” – Çavuşoğlu bəyan edib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Türkiyə   Suriya   Rusiya   İdlib  





Xəbər lenti