Mehriban Əliyevadan Vatikan kardinalına təbrik - FOTOLAR

Mehriban Əliyevadan Vatikan kardinalına təbrik - FOTOLAR
  05 Noyabr 2013    Oxunub:1434
Mehriban Əliyeva Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazi ilə görüşüb.


AzVision.az xəbər verir ki, bu gün Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazi ilə görüşüb.

Kardinal Canfranko Ravazini Heydər Əliyev Fondunda salamlayan Azərbaycanın birinci xanımı onu Azərbaycanın ən yüksək mükafatlarından olan "Dostluq" ordeninə layiq görülməsi münasibəti ilə təbrik etdi. Mehriban Əliyeva son illər Azərbaycan ilə Vatikan arasındakı münasibətlərin, xüsusi ilə də mədəniyyət sahəsindəki əlaqələrin möhkəmləndirilməsində kardinalın rolunu yüksək qiymətləndirdi.

Birinci xanım Mehriban Əliyeva Vatikanda keçirilən tədbirlərin, dünyanın ən möhtəşəm mədəniyyət ocaqlarından olan Vatikan muzeyində Azərbaycan ilə bağlı sərgilərin Canfranko Ravazinin təşəbbüs və dəstəyi ilə reallaşdığını bildirdi. Azərbaycan ilə Vatikan arasındakı əməkdaşlığın uzunmüddətli olduğunu vurğulayan birinci xanım həyata keçirilən birgə layihələrin davam etdirilməsində Heydər Əliyev Fondunun maraqlı olduğunu dedi. Mehriban Əliyeva Heydər Əliyev Fondunun həm müxtəlif bərpa işlərində iştirak etməyə, həm də sərgilər keçirməyə hazır olduğunu diqqətə çatdırdı.

İkinci dəfədir Heydər Əliyev Fondunda olmaqdan məmnunluq ifadə edən Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazi Azərbaycanın birinci xanımına təşəkkürünü bildirib. Kardinal Canfranko Ravazi Mehriban Əliyevanın Romaya səfərlərinin ölkələrimiz arasındakı möhkəm əlaqələrin sübutu olduğunu qeyd edərək, ikitərəfli münasibətlərin əhəmiyyətini yüksək qiymətləndirib.

Qalereya




Teqlər:  





Xəbər lenti