Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı olub.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, prezidentlər telefon söhbətində iki ölkə arasındakı münasibətlər, terrorizmə qarşı birgə mübarizə və Suriya problemini müzakirə ediblər.
Ərdoğan PKK/PYD/YPG terror təşkilatlarının qanunsuz fəaliyyətindən narahatlığını ifadə edib. Tərəflər Suriya məsələsini daha sıx şəkildə əlaqələndirmək barədə razılaşıblar.