Ruslar Ermənistana keçən azərbaycanlını saxlayıblar

Ruslar Ermənistana keçən azərbaycanlını saxlayıblar
  15 Dekabr 2018    Oxunub:5845
Bu günlərdə Ermənistanın Türkiyə ilə sərhəddini qoruyan rus hərbçiləri Ararat əyalətində sərhəddi qanunsuz keçən və vətəndaşlığı bəlli olmayan şəxsi saxlayıblar.

Azvision.az xəbər verir ki, bu barədə “Jamanak” qəzeti mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, daha sonra Ermənistana keçən şəxsin azərbaycanlı olduğu üzə çıxıb.
“Saxlanılan şəxs bildirib ki, Gürcüstan vətəndaşıdır, amma milliyyətcə azərbaycanlıdır. Hansı səbəblərdən sərhəddi qanunsuz keçərək Ermənistan ərazisinə gəlməsi məlum deyil”, - deyə “Jamanak” yazıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Türkiyə  





Xəbər lenti