Ankaradan Bağdada cavab: Vəzifənizi icra edin!

   Ankaradan Bağdada cavab:    Vəzifənizi icra edin!
  15 Dekabr 2018    Oxunub:4998
Türkiyə İraqın şimalındakı PKK terrorçularına qarşı hərbi əməliyyatları davam etdirəcək. Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Türkiyənin hava zərbələrinin İraqın suverenliyini pozması və dinc əhalini təhlükəyə atması barədə Bağdadın ötən günkü etirazına cavab olaraq belə deyib.
“PKK terror təşkilatının İraq və Suriya ərazisindəki fəaliyyətləri Türkiyə üçün milli təhlükəsizlik məsələsinə çevrilib. Bağdaddakı hökumətin vəzifəsidir ki, İraq ərazisindən qonşularına qarşı hücum bazası kimi istifadə olunmasının qarşısını alsın. Dünənki hava zərbələri də İraqın hərəkətsiz dayanması üzündən Türkiyənin həyata keçirdiyi özünümüdafiə davranışı idi. Nə qədər ki, terror təşkilatları İraq torpaqlarında yuva qurub və nə qədər ki, Türkiyənin təhlükəsizlik maraqları bunu tələb edir, terrorizm əleyhinə bu cür əməliyyatlar davam etdiriləcək” – Aksoy vurğulayıb.

Qeyd edək ki, ötən gün Türkiyə hərbi hava qüvvələri İraqın şimalındakı PKK mövqelərinə zərbələr endirib. Nəticədə 8 terrorçu məhv edilib. Lakin Türkiyənin İraqdakı səfiri XİN-ə çağırılaraq bildirilib ki, bu əməliyyatlar İraqın suverenliyinin pozulması deməkdir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: PKK   İraq   Türkiyə  





Xəbər lenti