61 yaşlı səfir - eks nazir
Eks-nazir üç il orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib, daha sonra Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı olub.
V.Quliyev indiyədək Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi (1981-1985), böyük elmi işçi (1985-1987), elmi işlər üzrə müdir müavini, aparıcı elmi işçi (1987-1994) vəzifələrində çalışıb.
Sonrakı illərdə o, Azərbaycan Respublikasının xarici işlər naziri, Azərbaycanın Polşadakı səfiri postlarını tutub.
V.Quliyev 2010-cu ildən etibarən Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiridir.
AzVision.az