Parisdə qarşıdurma: 100-dən çox “sarı jiletli” saxlanıldı - FOTOLAR

 Parisdə qarşıdurma:  100-dən çox “sarı jiletli” saxlanıldı -  FOTOLAR
  16 Dekabr 2018    Oxunub:8019
Fransanın paytaxtı Parisdə keçirilən etiraz aksiyasında qarşıdurma yaşanıb.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, "Sarı jiletlilər"in aksiyasını dağıtmağa çalışan polis əməkdaşları ilə etirazçılar arasında toqquşma olub.
Polis "Sarı jiletlilər"ə qarşı su şırnaqları və bibər qazından istifadə edib. Buna cavab olaraq nümayişçilər polislərə daş atıblar. Nəticədə bir nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Aksiyada iştirak edən 107 nəfərin saxlanıldığı bildirilir. Hazırda etirazlar davam edir.



Xatırladaq ki, 17 noyabrdan etibarən bütün Fransa ərazisində yüz minlərlə taksi sürücüsü benzin qiymətlərinin artmasına qarşı çıxaraq etiraz aksiyası keçirirlər. Artıq “sarı jiletlilər”in aksiyalarına Fransa cəmiyyətinin müxtəlif təbəqələri, hətta polis işçilərinin həmkarlar ittifaqı da qoşulub.



Yeni tələblərə isə sosial xərclərin və ilkin tələbat məhsulları qiymətinin azaldılması, vergilərin artırılmasının tamamən dayandırılması, yüksək vəzifəli məmurların bütün gəlirlərinin, maaşlarının, imtiyazlarının, hazırkı və gələcək pensiyalarının əhəmiyyətli dərəcədə azaldılması və hətta prezident Emmanuel Makronun istefası daxildir.













Azvision.az


Teqlər: Fransa   Paris   Etiraz  





Xəbər lenti