Rusiyada döyülən azərbaycanlılarla bağlı daha bir- BƏYANAT

Rusiyada döyülən azərbaycanlılarla bağlı daha bir- BƏYANAT
  05 Noyabr 2013    Oxunub:1038
“Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyi Rusiyada azərbaycanlılara qarşı son zaman baş verən olaylarla bağlı bəyanat yayıb.
AzVision.az-ın məlumatına görə, bəyanatda bildirilir:

“Millətçilərin mitinqi və həmyerlimizin döyülməsi millətçilər tərəfindən aparılan siyasətin davamlı olacağını deməyə əsas verir. Azərbaycan Miqrasiya Mərkəzi (AMM) Rusiya Federasiyası ərazisində həmyerlilərimizə qarşı aparılan siyasətdən narahat olduğunu bildirir və müvafiq dövlət qurumlarını Azərbaycan Respublikasından kənarda yaşayan ölkə vətəndaşlarının müdafiəsi üçün öz öhdəliklərinə uyğun davranmağa çağırır”.

AMM hesab edir ki, problemin tez bir zamanda həll olunması üçün Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eyni zamanda, Azərbaycan Diaspora ilə İş üzrə Dövlət Komitəsi Rusiya Federasiyasında yaşayan azərbaycanlıların müdafiəsinin təmin olunması, onlara müvafiq sənədlərin alınmasında yardım edilməsi, Rusiya miqrasiya qanunvericiliyi barədə onlara ətraflı məlumat verilməsi, Rusiya Federasiyasında məskunalaşan vətəndaşlarımızla baglı baş verənlər haqqında daha ətraflı məlumatların əldə edilməsi məqsədilə pulsuz xidmət göstərən “Qaynar Xətt”in yaradılmasını təşkil etməlidirlər:

“AMM həmin layihənin həyata keçirilməsi üçün Azərbaycan hökümətinə dəstək verməyə, “Qaynar Xətt”i işçilərlə təmin etməyə hazır olduğunu bildirir. AMM dünyada fəaliyyət göstərən insan hüquqlarının müdafiəsi təşkilatlarını, həmçinin beynəlxalq təşkilatları Rusiyada baş verən milli ayrı-seçkiliyə şərait yaradan hadisələri diqqət mərkəzində saxlamağa və Rusiya hakimiyyət nümayəndələrini azərbaycanlılara qarşı aparılan bu qeyri-qanuni münasibətlərə son qoyulmaısı üçün tədbirlər görməyə çağırır”.


Teqlər:  





Xəbər lenti