Oqtay Əsədov Gürcüstana gedib

Oqtay Əsədov Gürcüstana gedib
  16 Dekabr 2018    Oxunub:4495
Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasimində iştirak etmək üçün Tbilisiyə yola düşüb.
Azvision.az xəbər verir ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Ramiz Həsənov, Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Əflatun Amaşov daxildir.

Qeyd edək ki, S.Zurabişvilinin andiçmə mərasimi bu gün Telavi şəhərində saat 15:00-da keçiriləcək.

Azvision.az



Teqlər: Oqtay-Əsədov  





Xəbər lenti