Gürcüstanın ilk qadın prezidenti and içdi - Yenilənib
Ölkənin ilk qadın prezidenti kimi tarixə düşən Zurabişvili əlini konstitusiyanın üzərinə qoyaraq xalqına, millətinə sədaqətlə xidmət edəcəyinə and içib.
“Mən xalqımın rifahı və təhlükəsizliyini müdafiə edəcəyəm, millətim və vətənimin dirçəlməsi və gücləndirilməsinin qayğısına qalacağam”.
Mərasimdə iki minə yaxın insan, 55 ölkədən 150-dən çox xarici qonaq iştirak edib.
Qeyd edək ki, tədbirdə Azərbaycanı Milli Məclis sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Azvision.az
Teqlər: Zurabişvili Gürcüstan