ABŞ kilsə zənglərini 100 ildən sonra qaytardı

  ABŞ kilsə zənglərini 100 ildən sonra qaytardı
  17 Dekabr 2018    Oxunub:4854
Filippin-ABŞ müharibəsi zamanı Amerika ordusu tərəfindən aparılan Samar adasındakı kilsəyə məxsus üç zəng 100 ildən sonra Filippinə qaytarılıb.
Azvision.az AzərTAc-a istinadən xəbər verir ki, yerləşdiyi şəhərin adından götürülmüş “Balanqiq zəngləri” adı ilə tanınan bürünc zənglər dekabrın 15-də həmin kilsəyə qaytarılıb.

Zənglərin qaytarılmasına həsr olunan mərasimdə Filippin Prezidenti Rodriqo Duterte kilsənin qarşısına toplaşan mindən çox sakinin qarşısında həmin zəngləri səsləndirib.

ABŞ tərəfinə minnətdarlığını bildirən R.Duterte qeyd edib ki, zənglərin qaytarılması iki ölkə arasında “yeni və daha enerjili mərhələnin” başlanmasının rəmzidir.

Azvision.az



Teqlər: ABŞ  





Xəbər lenti