Strasburqdakı hücumda ölənlərin sayı artıb

Strasburqdakı hücumda ölənlərin sayı artıb
  17 Dekabr 2018    Oxunub:3138
Fransanın Strasburq şəhərindəki Milad yarmarkasına edilən silahlı hücum qurbanlarının sayı 5-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Paris prokurorluğundan məlumat verilib. Bildirilib ki, 11 yaralıdan biri olan Polşanın 36 yaşlı vətəndaşı aldığı xəsarətlərdən xəstəxanada keçinib.

Qeyd edək ki, 11 dekabrda 29 yaşlı Strasburq sakini Şərif Şerkati Milad yarmarkasının yaxınlığında silahla insanlara atəş açıb. Daha sonra polislə atışmada yaralanan cinayətkar hadisə yerindən qaça bilib. Onun axtarışı üçün Fransa hüquq-mühafizə orqanlarının 700-dən çox əməkdaşı cəlb olunub. Lakin Almaniyaya qaçdığı güman edilən Şərif bir neçə gündən sonra Strasburqun Noydorf məhəlləsində polislərə hücum edərkən cavab atəşi ilə öldürülüb. Fransanın daxili işlər naziri Kristof Kastaner bildirib ki, 29 yaşlı Şərif Şerkati ilk dəfə 13 yaşında məhkum olunub. Cinayətkar ümumilikdə indiyədək 27 dəfə məhbəs həyatı yaşayıb.

Leyla Elbrusqızı
Azvision.az





Teqlər: Strasburq   Fransa   Almaniya  





Xəbər lenti